ABŞ bu tələbələrin vizalarını ləğv edəcək
30 Yanvar 2025 10:23 DünyaABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərçivəsində İsrail əleyhinə keçirilən aksiyalarda iştirak edən əcnəbi tələbələrin vizasını ləğv edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Etirazlara qalxan bütün əcnəbilərə səslənirəm. Sizi tapacağıq və deportasiya edəcəyik. Universitetlərdə HƏMAS-ı dəstəkləyən bütün tələbələrin vizalarını ləğv edəcəm", - deyə ABŞ liderinin qərarında deyilir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31