ABŞ Putini öldürmək istəyirdi – Karlson
28 Yanvar 11:15 DünyaAmerikalı jurnalist Taker Karlson Co Bayden administrasiyasının Rusiya lideri Vladimir Putini öldürməyə cəhd etdiyini iddia edib.
Olaylar.az xəbər verir ki, o, bu barədə həmkarı Met Taibbi ilə söhbətində deyib.
"Bayden administrasiyası Putini öldürməyə çalışıb. Bu, sadəcə dəlilikdir", - o bildirib.
Karlson bu iddiası ilə bağlı heç bir təfərrüat açıqlamayıb və ya arqument təqdim etməyib.
Onun sözlərinə görə, Dövlət katibi Entoni Blinken səlahiyyətlərinin son iki ayında ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün mümkün olan hər şeyi edib. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31