Tramp ABŞ-nin enerji sahəsində fövqəladə vəziyyət elan edir

ABŞ prezidenti Donald Tramp ölkənin neft və qaz hasilatını artırmaq məqsədilə ölkənin enerji sahəsində fövqəladə vəziyyət elan edir.

Bu barədə Donald Tramp and içmə mərasimi zamanı çıxış edərkən deyib.

"İnflyasiya böhranına kütləvi həddən artıq xərclər və enerji qiymətlərinin artması səbəb oldu və buna görə də bu gün mən milli enerji fövqəladə vəziyyəti elan edəcəyəm. Biz qazma işləri aparacağıq!" - deyə o vurğulayıb.

Bundan əlavə, D.Tramp seçkiqabağı vədlərini yerinə yetirərək Alyaskanın təbii ehtiyatlarından fəal şəkildə istifadə etmək və qaz avadanlıqlarını federal məhdudiyyətlərdən qorumaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31