Tramp Meksika sərhədinə qoşun göndərməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə qoşun yeritməyi planlaşdırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp inauqurasiya mərasimində deyib.

"Mən qeyri-qanuni immiqrasiyanı milli fövqəladə vəziyyət elan etmək, Meksika sərhədinə qoşun göndərmək və "Meksikada qalmaq" siyasətimi bərpa etmək niyyətindəyəm", - deyə o bildirib.

Bundan əlavə, Tramp qeyri-qanuni sərhəd keçidlərinə tam son qoymağa və qanunsuz keçərkən tutulan bütün miqrantların saxlanmasına çalışacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31