62 illik sirrin ÜSTÜ AÇILIR – Tramp məxfi sənədləri AÇIQLAYACAQ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sabiq prezident Con Kennedinin sui-qəsdi ilə bağlı məxfi sənədləri ictimaiyyətə açıqlayacağına söz verib. 

Tramp "Capital One Arena"da çıxışı zamanı bu barədə danışıb. 

Tramp qeyd edib ki, Kennedinin ölümü ilə yanaşı, vətəndaş hüquqlarının lideri, baptist pastor və ictimai fəal Martin Lüter Kinqin 1968-ci il aprelin 4-də Memfisdə öldürülməsinə dair sənədlərin də məxfilikdən çıxarılması planlaşdırılır.

"Biz məxfi sənədləri açacağıq. O cümlədən prezident Kennedinin, eləcə də Martin Lüter Kinqin qətli ilə bağlı sənədlər də bura daxildir", - ABŞ Prezidenti deyib.

Xatırladaq ki, Tramp hələ 2017-ci ildə ilk prezidentlik dövründə departamentlərə müəyyən fayllarda dəyişiklik etməyi, xüsusən də ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı məlumatların məxfiliyini ləğv etməyi tapşırıb. Daha sonra Milli Arxivlər və Qeydlər İdarəsinin məlumat bazasında ilk dəfə olaraq bu səs-küylü qətllə bağlı 2891 sənəd dərc edilib.

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində snayper tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Hadisədən 62 ilə yaxın vaxt keçsə də, Keneddi sui-qəsdi ilə bağlı bir sıra məqamlar hələ də qaranlıq olaraq qalır. /Bizim.Media

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31