Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var
20 Yanvar 16:31 DünyaGürcüstanda son iki həftədə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb.
"Rustavi-2" telekanalı xəbər verir ki, ölkədə A tipli viruslara yoluxma halları artıb.
Hər gün buna görə klinikalara müraciətlər artıb. Xəstələr xəstəxanaya əsasən qızdırma ilə müraciət edir, yüksək hərarət isə dərmanlara cavab vermir.
Telekanal bildirir ki, pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb.
Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.
Xüsusilə uşaqlarda qrip virusunun ağırlaşmaları artıb. Risk qrupuna 2 yaşa qədər və xroniki xəstəlikləri olan uşaqlar daxildir. Təsdiqlənmiş donuz qripi halları pediatriya şöbələrində xəstələrin 52 faizini təşkil edir.
Virusla xəstəxanaya yerləşdirilən yetkinlik yaşına çatmayanların və uşaqların əksəriyyətində pnevmoniya inkişaf edir, baxmayaraq ki, digər ağırlaşmaların geniş spektri var.
"Donuz qripi" və digər mövsümi virusların fəsadlarının qarşısını almaq üçün həkimlər hələ də ən yaxşı yol kimi peyvənd etməyi tövsiyə edirlər.
Qrip virusunun yayılması ilə yanaşı, ölkədə COVID pandemiyasının əsas atributu yenidən aktuallaşıb.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını proqnozlaşdrırlar. /Bizim.Media