Deputat: Ukraynanın hücumu Trampa təzyiqdir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Ukrayna ordusunun ABŞ raketləri ilə Xerson vilayətinin Bexterı kəndinə hücumunu Donald Trampa qarşı təzyiq adlandırıb.

Onun sözlərinə görə, Kiyev hakimiyyəti Trampın Ukraynada atəşkəs elan etmək planına mane olmaq istəyir:
"Zelenskinin rəhbərlik etdiyi rejim və Ukrayna Silahlı Qüvvələri Trampın hakimiyyətə gəlməsini korlamaq niyyətindədir. Onlar təsadüfən məhz onun inauqurasiya günündə mülki kənd və məktəbi vurmadılar. Məqsəd, Trampın sülh vədlərini yerinə yetirməsinin qarşısını almaqdır."

Xerson vilayətinin qubernatorluğunun məlumatına görə, hücum zamanı ABŞ istehsalı HIMARS raketlərindən istifadə olunub. Son rəsmi bilgilərə əsasən, 25 nəfər yaralanıb, ölənlər də var. Yaralananlar arasında üç uşaq, məktəb direktoru və iki mühafizəçi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31