Azad edilən girovlara HƏMAS-dan gözlənilməz hədiyyə
20 Yanvar 2025 10:16 DünyaQəzzada azad edilən girovlara Fələstinin HƏMAS hərəkatının suvenirləri və sertifikatları olan bağlamalar təqdim edilib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yayılan kadrlarda qadınların HƏMAS simvolları olan kağız torbalarla Qızıl Xaç avtomobilindən düşdüyü əks olunub.
Nəşrin bildirdiyinə görə, bağlamaların içərisində Qəzza mənzərələri olan açıqcalar və ərəb, ivrit dillərində yazılmış "azadlıq sertifikatı" yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31