Bitlis vilayətində 3 iranlı narkotik qaçaqçılığı şübhəsi ilə saxlanılıb
20 Yanvar 06:26 DünyaTürkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan üç İran vətəndaşının mədə və bağırsaqlarında narkotik vasitələr daşıdığı aşkar edilib.
"Haber Global"ın məlumatına görə, şübhəlilərin daxili orqanlarından ümumilikdə 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.
Tibbi əməliyyatların ardından hər üç şəxs həbs edilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31