Ebrunun keçmiş əri Rza Zərrab Mayamidə evləndi - Məşhurlar axın etdi - FOTO

 

 

Ebru Gündeşin keçmiş əri Rza Zərrab Mayamidə Dilara Altıntopla evlənib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, toy üç gün davam edib və Türkiyədən İbrahim Tatlıses, Derya Tuna, Demet Akalın kimi məşhur simalar da iştirak edib.

Toyda iştirak edən məşhur adlar və üç gün davam edən möhtəşəm mərasim, mətbuatda geniş əksini tapıb.

Ümumilikdə 150 nəfərin iştirak etdiyi toy 3 gün fərqli məkanlarda keçirilib. Birinci gündə lüks hotellərin birində məclis baş tutub. İkinci gün Atlantik okeanında yaxta turuna çıxıblar. Həmin günün sonunda Reza ilə xanımının şərəfinə atəşfəşanlıq edilib. 16 yanvardakı əsas toy məclisi isə Mayamidə "Vizcaya Museum and Gardens"də keçirilib.

 

Qeyd edək ki, Dilarə Altıntop ABŞ-ın Boston Universitetində hüquq köməkçisi sertifikatı proqramını bitirib və daha əvvəl Fənərbağça İdman Klubu və Türkiyə Üzgüçülük Milli Komandasının üzvü olub. Üzgüçülük karyerasını davam etdirmək üçün ABŞ-a köçən Altıntop karyera imkanlarını qiymətləndirmək məqsədilə İstanbula köçdükdən sonra təhsilini burada davam etdirib.

Xatırladaq ki, R. Zarrab daha əvvəl müğənni Ebru Gündeşlə evli olub, onların bir qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31