Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

Dünyaya söz və mətbuat azadlığı dərsi verən ABŞ-ın dövlət katibi Antoni Blinkenin jurnalisti mətbuat konfransından zorla kənarlaşdırması faktı beynəlxalq təşkilatlarda mənfi rezonans doğurub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı cümə günü, yanvarın 17-də S.Hüseyni adlı jurnalistin sual vermək istəyərkən ABŞ dövlət katibi Antoni Blinken tərəfindən mətbuat konfransından zorla uzaqlaşdırılmasından narahatlığını bildirib.

RSF səlahiyyətliləri cümə axşamı baş verən hadisələr üçün presedent yaratmamağa və jurnalist S.Hüseyninin işini əlavə maneələr olmadan yerinə yetirməsinə icazə verməyə çağırıb. Müraciətdə deyilir: "Jurnalistlərə qarşı bu cür rəftar hər hansı bir administrasiya üçün qəbuledilməzdir və presedentə çevrilməməlidir".

Həmin brifinqdə digər jurnalist Maks Blumental da ABŞ-ın dövlət katibinə etirazını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31