"Yaxın Şərqdəki böhrana səbəb ABŞ-dir" - Nebenziya
18 Yanvar 12:09 DünyaYaxın Şərqdəki mövcud böhran ABŞ-nin "fəlakətli" siyasətinin nəticəsidir.Bunu Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya deyib.
"Bu problemlər heç yerdən gəlməyib. Onlar rəhbərliyi yeddi cəbhədə müharibədən danışan İsrailin görünməmiş hərbi əməliyyatları fonunda baş verib. Son vaxtlara qədər bu əməliyyatlar Vaşinqtondan qeyd-şərtsiz hərbi və beynəlxalq məsələlərdə dəstək alırdı. ABŞ-nin fəlakətli siyasəti bütün Yaxın Şərq regionunu, onun mülki əhalisini böhran vəziyyətinə salmaqdan başqa bir işə yaramadı", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31