Pakistanda kömür mədənində partlayış: yaralananlar və itkin düşənlər var

Pakistanın Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda kömür mədənində partlayış baş verib.

Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində azı dörd şaxtaçı yaralanıb, ikisi itkin düşüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Qeyd edilir ki, hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31