Bəzi şəxslərin Rusiyada siyasi sığınacaq alması onların Ermənistana ekstradisiyasını çətinləşdirir - Erməni baş prokuror
29 Aprel 2024 17:54 DünyaErmənistan bəzi şəxslərin Rusiyadan ekstradisiyasına nail olmağa çalışır, lakin onlar orada siyasi sığınacaq istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin profil komissiyasının iclasında deyib.
Baş prokurorun sözlərinə görə, bu şəxslərin siyasi sığınacaq istəməsi onların Ermənistana ekstradisiyasında problem yaradır.
Qeyd edək ki, hazırda Ermənistanın keçmiş müdafiə naziri, silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi, general-polkovnik Mikael Arutyunyan, keçmiş baş prokuror Gevorq Kostanyan, keçmiş baş məhkəmə icraçısı Miqran Poqosyan və bir sıra keçmiş məmurlar Rusiya ərazisindədir. Ermənistanda onlara qarşı cinayət işləri açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31