Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV
29 Aprel 2024 17:35 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV yazır.
Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq, lakini mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək.
Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31