Rusiya danışıqlara hazır olan kimi biz mütləq orada olacağıq - ABŞ dövlət katibi
29 Aprel 2024 17:08 DünyaRusiya danışıqlara həqiqətən hazır olduğunu nümayiş etdirən kimi, biz mütləq orada olacağıq və inanıram ki, ukraynalılar da orada olacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.
Bundan başqa, ABŞ dövlət katibi NATO-nun Rusiyaya qarşı heç bir mənfi niyyətinin olmadığını qeyd edib.
"Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır. Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq", - deyə Blinken əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31