Urmiya gölü bu tarixdə susuz qalacaq
29 Aprel 2024 16:05 DünyaUrmiya gölündə su həcminin artmasının ölkə məsullarına heç bir aidiyyəti yoxdur, bu, Tanrının və təbiətin işidir.
Olaylar.az bildirir ki, bunu İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutu professoru Məhəmməd Dərviş deyib.
O, havaların istiləşməsi ilə gölə toplanan az miqdarda suyun buxarlanacağını qeyd edib:
"Urmiya gölü 6 ay ərzində quruyacaq".
Qeyd edək ki, Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetrdir. Hazırda göldə 2 milyard kubmetr su mövcuddur. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31