Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasından ilk Abrams tankını çıxarıb - ÖZƏL

Rusiya Mərkəzi Hərbi Dairəsinin qoşunları döyüş xəttinin Avdeyevka bölgəsində məhv edilmiş ilk "Abrams M1" tankını çıxarıb.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
"Məhv edilmiş Amerika tankı dərhal Moskvaya çatdırılıb və orada Poklonnaya təpəsindəki Patriot parkında ictimaiyyətə nümayiş etdiriləcək", - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl elan etmişdi ki, ələ keçirilən texnikanın sərgisi mayın 1-də Moskvada Qələbə Muzeyinin qarşısında açılacaq. Sərgidə xüsusilə Marder və Bradley piyada döyüş maşınları, həmçinin Leopard tankları nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31