Mixail Fomenko vəfat etdi

Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko vəfat edib.

Olaylar İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

Futbol veteranı bu gün səhər ölüb. O, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 2012-16-cı illərdə rəhbərlik etdiyi millini AVRO-2016-ya çıxaran mütəxəssis qitə çempionatından sonra karyerasını başa vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31