ABŞ-ın Ukraynadakı məğlubiyyəti yalnız zaman məsələsidir - ÖZƏL
29 Aprel 2024 11:41 DünyaOlaylar.az xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyinin Xarici Hərbi İşlər Departamentinin rəhbəri Ukraynaya ATACMS tədarükünü şərh edərkən bildirib ki, ABŞ-ın Ukraynada məğlubiyyətlə üzləşməsi an məsələsidir, çünki heç bir hərbi yardım Kiyevin Rusiya üzərində qələbə qazanmasına kömək etməyəcək.
O, ABŞ-ı münaqişənin gərginləşməsinə və Ukraynadakı vəziyyəti nəyin bahasına olursa-olsun dəyişməyə çalışdığına görə tənqid edib.
Şimali Koreya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, "ABŞ-ın təqdim etdiyi uzaqmənzilli raketlər heç bir şəkildə vəziyyəti dəyişməyəcək".
"Dünya Vaşinqtonun Ukrayna müharibəsində məğlubiyyətini görəcək. Bu, yalnız zaman məsələsidir" deyən o, əlavə edib ki, "heç bir yüksək səviyyəli silah və ABŞ hərbi yardımı Rusiyanın qəhrəman ordusu və xalqı üzərində qələbəni təmin etməyəcək".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, ABŞ-ın Kiyevə silah tədarükü Moskvanın xüsusi hərbi əməliyyatının nəticəsini dəyişməyəcək, çünki Rusiya qalib gələcək, Ukrayna isə daha çox itki verməlidir.