Tuapsedə kütləvi dava edən 15 Özbəkistan vətəndaşı Rusiyadan çıxarılacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Krasnodar vilayətinin prokurorluğu polisin aprelin 24-də Tuapsedə baş vermiş kütləvi davanın bütün iştirakçılarını saxladığını bildirib. Saxlanılanlar Özbəkistan vətəndaşlarıdır və zorla Rusiyadan çıxarılacaqlar.

"Tuapsedə polis aprelin 24-də baş verən kütləvi davanın bütün iştirakçılarının kimliyini müəyyən edib. Yerli neft emalı zavodunda işləyən 15 əməkçi miqrant saxlanılıb",- deyə məlumat verilib.

Müstəntiqlərin fikrincə, münaqişə məişət zəminində baş verib. Araşdırmalara əsasən, 15 əcnəbinin hamısının inzibati məsuliyyətə cəlb olunması barədə qərar çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31