Ermənistanda keçmiş nazir müavini ev dustaqlığından azad edilib

Ermənistanda keçmiş iqtisadiyyat naziri müavini Ani İspiryan ev dustaqlığından azad edilib.

Olaylar xəbər verir ki, bu barədə onun vəkili Mamikon Muradyan yerli KİV-ə məlumat verib.

Keçmiş nazir müavininin ölkədən çıxışına qadağa qoyulub.

Xatırladaq ki, Ani İspiryan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılmışdı. Keçmiş nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham olunurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31