Ekvadorda helikopter qəzaya uğrayıb: ölənlər var
27 Aprel 2024 11:17 DünyaEkvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.
Olaylar xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub.
"Ekvador ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31