DTEK enerji şirkəti Ukraynadakı dörd İES-ə ziyan dəydiyini bildirdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın enerji holdinqi DTEK, aprelin 27-də Ukraynanın müxtəlif bölgələrində bir sıra partlayışlardan sonra dörd istilik elektrik stansiyasına ziyan dəydiyini bildirdib. 

"Müəssisələrin avadanlıqlarına ciddi ziyan dəyib. Bu dəqiqələrdə energetiklər hücumun nəticələrini aradan qaldırmağa çalışırlar",- DTEK məlumat verib. 

Ukraynanın energetika naziri Herman Qaluşçenko bildirib ki, söhbət Ukraynanın Dnepropetrovsk, İvano-Frankovsk və Lvov vilayətlərində yerləşən İES-lərdən gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31