İran və İsrail bir-birinə hücum edəndən sonra... - Blinken
27 Aprel 2024 10:39 DünyaABŞ İran və İsrailin bir-birinin hədəflərinə hücum etməsindən sonra Yaxın Şərqdə gərginliyin azalacağına ümid edir.
Olaylar.az bildirir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
"İndi ümid edirəm ki, biz bölgədə belə bir eskalasiya görməyəcəyik", - deyə Blinken bildirib.
O əlavə edib ki, ayın əvvəlində Qəzzadakı müharibənin regional münaqişəyə çevrilə biləcəyindən ehtiyat edirdi. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31