KİV: Ərdoğanın ABŞ-yə səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

Olaylar.az APA-ya istinadən bildirir ki,  bu iddia ilə "Bloomberg" çıxış edib.

Bildirilib ki, buna rəsmi Ankaranın müvafiq müraciəti səbəb olub.

Qeyd edək ki, hər iki lider arasında sonuncu görüş NATO-nun ötən ilin iyulundakı Vilnüs sammitində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31