Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanıldı
26 Aprel 2024 18:26 DünyaErmənistanda polis İrəvan-Sevan yolunun bir hissəsini bağlayan etirazçıların qarşısını almaq üçün güc tətbiq edib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, saxlanılanlar arasında "Ermənistan" blokunun deputatları Artur Xaçatryan və Arman Kazaryan da var.
Polislə etirazçılar arasında toqquşma olub.
Qeyd edək ki, İrəvanın mərkəzində də etiraz aksiyaları keçirilir, bir sıra küçələr bağlanıb. Etirazçılar hökumətin istefasını tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31