Muraşko: Kişilər yüksək insidansa görə qadınlardan 10 il az yaşayırlar- ÖZƏL

Rusiyada kişilər orta hesabla qadınlardan 10 il az yaşayırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir, bunun bir anda bir neçə səbəbi qeyd edib. Çox vaxt yüksək xəstələnmə və risk faktorlarının yayılması ilə əlaqələndirildiyini qeyd edən nazir, xüsusilə, alkoqoldan sui-istifadə, siqaret çəkmə və sağlamlığa daha az bağlılıqdan bəhs edib. 

"Evlilikdəki sonsuzluq problemləri %50 kişi faktorları ilə əlaqədardır ki, bu da bütövlükdə ölkəmizdəki demoqrafik vəziyyətə təsir göstərir"-deyə Muraşko bildirib. 

Həmçinin, Rusiyanın Baş naziri Mixail Mişustin qeyd edib ki, ötən ilin nəticələrinə görə Rusiyada ömür uzunluğu koronavirus pandemiyasından əvvəlki göstəricilərlə müqayisədə 73,5 il artıb. Baş nazir aktiv və sağlam həyat göstəricisinin artmasının vacibliyini də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31