Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib
26 Aprel 2024 14:58 DünyaYunanıstan Ukraynaya "С-300" və ya "Patriot" hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib.
Olaylar xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis "Skai" telekanalına müsahibəsində deyib.
"Yunanıstan Ukraynaya nə "С-300", nə də "Patriot" göndərməyəcək", - o deyib.
Baş nazir Afinanın Kiyevi müxtəlif üsullarla, o cümlədən müdafiə materialları ilə təmin etdiyini deyib.
"Lakin hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanının müdafiəsi üçün kritik əhəmiyyət kəsb edir və onları Ukraynaya verməyəcək", - deyə Mitsotakis əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31