ABŞ Dövlət Departamentinin mətbuat katibi istefa verib
26 Aprel 2024 13:30 DünyaABŞ Dövlət Departamentinin ərəb dili üzrə mətbuat katibi Hala Rharrit ölkəsinin Qəzza zolağı ilə bağlı siyasətinə etiraz olaraq istefa verib.
Olaylar xəbər verir ki, Rharrit bu barədə özünün "Linkedin" hesabında məlumat paylaşıb.
"2024-cü ilin aprel ayında 18 illik təcrübəmdən sonra ABŞ-nin Qəzza zolağındakı siyasətinə etiraz olaraq istefa verdim", - o deyib.
Rharrit məsələlərin silah gücü ilə deyil, diplomatiya yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
"Sülh və birlik üçün güc olun", - deyə keçmiş diplomat sonda əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31