Ukrayna üzrə İsveçrə konfransı Avropanın təhlükəsizliyinə xələl gətirir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsinin müavini Maksim Buyakeviç bildirib ki, Ukrayna hakimiyyətinin tələbi əsasında İsveçrə tərəfindən Ukraynada sülh yolu ilə nizamlanmanın müzakirəsi üzrə konfrans əslində Avropa və regional təhlükəsizliyin pozulmasına yönəlib.
"Kiyev rejiminin sponsorları, guya Ukrayna prezidenti Vladimir Zelenskinin müəllifi olduğu "10 bəndlik düstur"la bağlı iyunda İsveçrədə keçirilməsi planlaşdırılan konfransda iştirak etmək üçün maksimum sayda ölkəni cəlb etməyə çalışırlar", - deyə o, iclasda bildirib. 
O, daha sonra bildirib ki, Rusiyanın qanuni təhlükəsizlik maraqlarını nəzərə almayan istənilən təşəbbüslər mənasızdır və reallıqdan uzaqdır. Bunlar de-fakto regional və qlobal təhlükəsizliyi pozmağa yönəlib.
Onun sözlərinə görə, nə danışıqlar, nə də onların nəticəsi mövcud siyasi və ərazi reallıqlarını dəyişə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31