İqlim dəyişiklikləri dünya birliyini daha çox narahat etməkdədir- ÖZƏL

"Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Sumqayıt Şəhər Ramiz Hüseynovun sözlərinə görə, iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir: "Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasında olduğunu bir daha sübut edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31