Rusiyanın Kurqan vilayətində 2000-dən çox yaşayış binası su altında qalıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin açıqlamasında bildirilir ki, Rusiyanın Kurqan vilayətində 2100-dən çox yaşayış binası və 6800 bağ evi su altında qalıb.
"Aprelin 26-na olan məlumata görə, 7 bələdiyyə və 34 məskunlaşma məntəqəsində 2106 yaşayış binası və 6849 bağ evi, o cümlədən 6 aşağı sulu körpü və 11 avtomobil yolu su altında qalıb", - məlumatda deyilir.
Regional meteoroloji xidmətin məlumatına görə, ötən sutka ərzində Kurqan şəhərində Tobol çayında suyun səviyyəsi 14 sm azalaraq 906 sm-ə düşüb.
Kurqan vilayətində yaz daşqınlarına görə fövqəladə vəziyyət qüvvədə qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31