Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Aprel 2024 19:45 DünyaErmənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.
Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyindən isə bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Hərbçinin adı açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31