Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
25 Aprel 2024 19:03 DünyaAvropa təhlükəsizliyinin şərti Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməməsidir.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Bizim Avropa ölümcüldür, hər şey bizim seçimimizdən asılıdır. Yaxın 10 ildə zəifləyəcəyimiz yönündə böyük risk var. Avropanın hər yerində onun dəyərləri təhdid altındadır və qitə ölkələri dünyanın ümumi silahlanmasına reaksiya verməkdə çox ləngiyir",- Makron bildirib.
Makronun sözlərinə görə, Avropanın böyüməsi və suverenliyinin möhkəmləndirilməsi üçün yeni strategiyaya ehtiyacı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31