Putinin planı var, anbarları doldurur - Pistorius
25 Aprel 2024 14:29 DünyaRusiya müharibədə ehtiyacından artıq miqdarda silah istehsal edir. Rusiyanın hərbi sənaye kompleksi artıq anbarları doldurmağa çalışır.
Olaylar bildirir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
"Sadəlövhlük edib deyə bilərsiniz ki, Vladimir Putin bunu yalnız ehtiyat üçün edir. Amma mən deyə bilərəm ki, o, bunu planları olduğu üçün edir", - Pistorius bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31