Bu ölkədə kiberhücumların sayı ARTDI
25 Aprel 2024 13:46 Dünya2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb.
Bildirilib ki, kiberhücumların sayı əvvəlki ilə nisbətən 29 faiz artıb. Hesabatda kiberhücumlardan mənfi təsirlənən insanların sayının təxminən 3 dəfə artaraq, 1150-dən 3 min 302-yə yüksəldiyi də qeyd edilib.
Qeyd edək ki, hücumların əksəriyyəti Rusiyayönlü hakerlər tərəfindən həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31