Fransada hava yolları işçiləri sabah tətil edəcəklər- ÖZƏL

Fransada bəzi hava limanlarında işçilərin tətili səbəbindən sabahkı reyslərdə təxirə salınmaların olacağı bildirilib.

Olaylar.az xəbər verir ki, Fransa Mülki Aviasiya Baş Müdirliyindən (DGAC) edilən açıqlamada, sabah həyata keçiriləcək uçuşların 75 faizinin paytaxt Parisə xidmət göstərən "Orly" hava limanında, 65 faizinin isə "Şarl de Qoll"da ləğv olunduğu bildirilib. 
Parisdən kənar hava limanları da tətildən mənfi təsirlənəcək.

Marseldəki beynəlxalq hava limanında uçuşların 65 faizinin, Tuluzada 60 faizinin, Nitsada isə 70 faizinin tətil səbəbindən həyata keçirilə bilmədiyi qeyd edilib.

DGAC xəbərdarlıq edib ki, ləğvlərlə yanaşı, uçuşlarda fasilələr və gecikmələr də ola bilər.

Aviaşirkət işçilərinin üzv olduğu SNCTA həmkarlar ittifaqı, iş şəraitinin yaxşılaşdırılması üçün Fransa hakimiyyəti ilə aparılan danışıqların nəticəsiz qalmasından sonra tətil etmək qərarına gəldiklərini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31