ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV
28 Mart 2024 14:06 DünyaABŞ "Crocus City Hall"da planlaşdırılmış terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib.
Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton Moskvanın ABŞ xüsusi xidmət orqanlarının informatorlarını və onların kəşfiyyat metodlarını öyrənə biləcəyindən ehtiyat edib.
Qeyd olunub ki, ABŞ və Rusiya arasındakı qeyri-dost münasibətlər amerikalı məmurların terror aktı barədə bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməsinə mane olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31