Rumıniya ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək
28 Mart 2024 11:28 DünyaRumıniya martın 31-dən ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rumıniyanın Moskvadakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları Rumıniyanın ölkə ərazisindəki bütün konsulluqlarına müraciət edə bilərlər.
Martın 31-dən etibarən veriləcək vahid vizalar istənilən 180 günlülk müddət ərzində 90 gün müddətinə Şengen zonasına səfər etməyə imkan verəcək. Həmin tarixə qədər verilən vizalarla isə turistlər yalnız Rumıniyaya səfər edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31