Almaniyada turist avtobusu aşdı - xeyli sayda ölü və yaralı var

Almaniyanın Leypsiq şəhərində turist avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Olaylar xəbər verir ki, bu barədə xilasedici xidmətdən bildirilib.

Nəqliyyat vasitəsi beynəlxalq daşımalar üzrə ixtisaslaşan "Flixbus" şirkətinə məxsusdur. Avrobus naməlum səbəbdən yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedici helikopterlər cəlb olunub.

Qəza ilə əlaqədar Münxen istiqamətində avtomobil yolu bağlanıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31