Macarıstanda ralli avtomobili tamaşaçılara çırpılıb, ölənlər və yaralananlar var
24 Mart 2024 21:47 DünyaMacarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb, nəticədə dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Olaylar.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.
Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.
Macarıstan Milli Təcili Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə səkkiz təcili yardım maşını və dörd helikopter göndərilib. Biri uşaq olmaqla iki nəfər ağır xəsarətlər alıb, biri uşaq olmaqla altı nəfər isə daha yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31