İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib
24 Mart 2024 21:42 Dünyaİsrail hərbçiləri ölkənin şimal hissəsinin atəşə tutulmasına cavab olaraq Livanın ərazisinə yeni zərbələr endiriblər.
Olaylar.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, gün ərzində İsrailin şimalındakı Ştula və Rexes-Ramim yaşayış məntəqələri istiqamətində ən azı üç tank əleyhinə raket atışı qeydə alınıb.
"İsrail ordusu təhlükəni aradan qaldırmaq üçün buraxılış mənbələrinə, eləcə də Livandakı əlavə ərazilərə zərbələr endirib", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31