İrəvanda polis bölməsinə hücum edən silahlı şəxslər saxlanılıb (VİDEO) (YENİLƏNİB)
24 Mart 2024 20:07 DünyaErmənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.
Olaylar.az xəbər verir ki, polis bölməsinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.
XXX
17:48
Naməlum silahlı şəxslər İrəvanın Nor Nork rayonunda polis idarəsinin binasına soxulublar.
Olaylar.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İlkin məlumatlara görə, binanın yaxınlığında qumbara partlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31