“Krokus” teraktı: Meyitlərin tanınma prosesinə başlanıldı
24 Mart 2024 17:51 DünyaMoskvada "Krokus Sity Holl" konsert zalında baş verən terror aktı nəticəsində həlak olanların meyitlərinin tanınması proseduruna başlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Prosedur qohumların əvvəlcədən dəvət olunduğu Moskva Məhkəmə Tibbi Ekspertiza Bürosunda aparılır. Prosedurda Moskva və Moskva vilayətinin mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsinin əməkdaşları da iştirak edir", - məlumatda qeyd olunub. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31