Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 15:25 DünyaYuqoslaviyanın 25 il əvvəl bombardman edilməsi boyük faciə idi.
Olaylar xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya" telekanalının çəkdiyi "Belqrad" filmi üçün müsahibəsində deyib.
"Faciə böyük idi. Qərbin etdiyi isə ümumiyyətlə yolverilməz idi. BMT Təhlükəsizlik Şurasının heç bir qərarı olmadan Avropanın mərkəzində birbaşa hərbi əməliyyatlara, müharibəyə başladılar", - Putin bildirib.
Qeyd edək ki, 1999-cu ildə NATO Yuqoslaviyaya qarşı "Müttəfiq Gücü" ("Operation Allied") adlı hərbi əməliyyata başlamışdı. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31