“Crocus City Hall” bərpa olunacaq
24 Mart 2024 15:09 DünyaRusiyada terror aktının törədildiyi "Crocus City Hall"un bərpası planlaşdırılır.
Olaylar xəbər verir ki, bu barədə "Crocus International"ın mətbuat xidməti xəbər yayıb.
"Terrorçuların qurbanlarını heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq", - məlumatda deyilir.
Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Mətbuat xidməti qeyd edib ki, hakimiyyətə və xüsusi xidmət orqanlarına çətin işlərində kömək etmək, eləcə də bütün ölkə ilə birlikdə "terror aktı qurbanlarına kömək etmək" üçün mümkün olan hər şey ediləcək. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31