Dəhşət vaxtı məşhur aktyor da orada olub - FOTO

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub.

Olaylar bildirir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb.

O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib.

Aktyor hadisədən sonra "Biz sağıq... Hər kəsə başsağlığı diləyirəm... Dəhşət idi" sözlərini yazıb.

Qeyd edək ki, martın 22-də törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb. (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31