Ermənistanda “Döyüş Qardaşlığı” birliyinin 24 üzvü saxlanıldı
24 Mart 2024 14:51 DünyaErmənistanda qanunsuz silah və sursat saxlamağa görə 24 nəfər saxlanılıb.
Olaylar bildirir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Sputnik ARM-ə bildirib.
Onun sözlərinə görə, saxlanılanları polis bölməsinə aparıblar.
Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı "Döyüş Qardaşlığı" birliyinin nümayəndələridir.
"Döyüş Qardaşlığı"nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb.
Bildirilir ki, "Qardaşlar"ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib.
Təşkilat sosial şəbəkələrdə yazır ki, hüquq-mühafizə orqanları qanunsuz silah gəzdirməklə bağlı ittiham qaldırıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31