Moskvada konsert zalında dəhşət: 143 ölü, 130-dan çox yaralı - YENİLƏNİR
24 Mart 2024 07:59 DünyaMartın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub.
-------
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq "Crocus City hall"da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.
"Report"un TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.
Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. "Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək", - nazirlikdən bildirilib.
Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.
--------
"Crocus"-da terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı əcnəbi vətəndaşlardır.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
--------
Rusiyada "Uralsib" və "Alfa Bank" terrorda ölənlərin kreditlərini siləcək. "Alfa Bank" həmçinin yaralıların və onların ailələrinin bütün kreditlərini siləcək.
--------
Terror aktı qurbanlarının sayı 150 nəfərə çatıb.
--------
Terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.